www.ayselnovruz.com

www.ayselnovruz.comwww.ayselnovruz.comwww.ayselnovruz.com

www.ayselnovruz.com

www.ayselnovruz.comwww.ayselnovruz.comwww.ayselnovruz.com
More

www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!

www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!

www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!

www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!www.ayselnovruz.com SƏHİFƏSİNƏ XOŞ GƏLDİNİZ!

Bloq səhifəm / Ədəbiyyat / Fikirlər / Xəyallar və gerçəklər

ŞERLƏR

Ümid ki ölmür

Ümid ki ölmür

Ümid ki ölmür

 

Yığılan nömrələr cərgəsində

adın yavaş-yavaş aşağı düşür 

belə unudulur artıq sevgilər. 

Facebookda "yaxın dostlar" siyahısından  çıxarılırsan 

nə yazsan, xəbərim olmur. 

daha əvvəlki qədər yaxın olmuruq məsələn, sən parolunu dəyişirsən,

 mən sənə olan etibarımı. 

Çoxdan axtarmadığım adamlarla  mərkəzdə çay içirik axşamlar 

qadağan etdiyin bütün

 

Yığılan nömrələr cərgəsində

adın yavaş-yavaş aşağı düşür 

belə unudulur artıq sevgilər. 

Facebookda "yaxın dostlar" siyahısından  çıxarılırsan 

nə yazsan, xəbərim olmur. 

daha əvvəlki qədər yaxın olmuruq məsələn, sən parolunu dəyişirsən,

 mən sənə olan etibarımı. 

Çoxdan axtarmadığım adamlarla  mərkəzdə çay içirik axşamlar 

qadağan etdiyin bütün donları geyməyə başlayıram 

səni bağışlamıram. 

Qalib çıxmaq olmur bir sevgidən, 

sən də kədərə boyanmısan,  

mən də. 

Bax, indicə mesaj gəldi. 

bilirəm,  

sən deyilsən. 

Amma qoy, gedim, 

baxım.  

Ümid ki ölmür,  

Bəlkə 

yazan elə özünsən?!. 

Aysel Novruz

Ümid edirik

Ümid ki ölmür

Ümid ki ölmür

 

Yerə dikilən baxışlarım
sənin xəyallarından daha yüksəkdə
mənim küsməyim
sənin qürurundan
daha kövrək də
inanmırsan..
hər gün
göz-gözə
söz-sözə
əyləndirdiyimiz axşamları
bir birimizi aldatmadığımıza
yalnizca ümid edirik
ümid edirik
aldanmadığımıza...

Aysel Novruz

Yorğun qadın

Ümid ki ölmür

Yorğun qadın

Qadın evə gəldi,

Çantasından çoxlu iş, 

dəftər-kitab, 

yorğunluq, 

səbəbsiz kədər, 

boş ürək çıxardı 

qoydu masaya.

Sonra 

evdəki bişməmiş yeməyi, 

oğlunun ağrıyan boğazını qoydu. 

Bir azdan 

bütün bunlardan bir sabah hazırlamalıydı: 

ümidli, 

işıqlı, 

xoşbəxt bir sabah. 

Qadın başını əllərinin arasında həbs etdi, 

fikirleri uzaqlara getdi.

Yorğunluğunu s

Qadın evə gəldi,

Çantasından çoxlu iş, 

dəftər-kitab, 

yorğunluq, 

səbəbsiz kədər, 

boş ürək çıxardı 

qoydu masaya.

Sonra 

evdəki bişməmiş yeməyi, 

oğlunun ağrıyan boğazını qoydu. 

Bir azdan 

bütün bunlardan bir sabah hazırlamalıydı: 

ümidli, 

işıqlı, 

xoşbəxt bir sabah. 

Qadın başını əllərinin arasında həbs etdi, 

fikirleri uzaqlara getdi.

Yorğunluğunu soyunub 

özü də 

getmək istədi qadın.

Uzaqlara getmək istədi...


Aysel Novruz

Yaşayırdıq

Sən elə bilirdin zaman hər şeyin əlacıdır

Yorğun qadın

Babamın köhnə stulu idi

sovetin vaxtından.

uşaqlar cızıq-cızıq etmişdilər.

Ən balacanın bir yaşı olmamışdı hələ

Çiyələk mürəbbəsinin başına dolanırdılar qadınlar.

Günortadan cırcırama səsi gəlirdi.

Hamı yorulurdu

uşaqlardan başqa.

Günəş öz istisinə tərləyirdi.

Yarpaqların yanaqları

suyun üzündəki tər parlayırdı

əsdikcə külək.

Xırda çiçəkli donumu kül

Babamın köhnə stulu idi

sovetin vaxtından.

uşaqlar cızıq-cızıq etmişdilər.

Ən balacanın bir yaşı olmamışdı hələ

Çiyələk mürəbbəsinin başına dolanırdılar qadınlar.

Günortadan cırcırama səsi gəlirdi.

Hamı yorulurdu

uşaqlardan başqa.

Günəş öz istisinə tərləyirdi.

Yarpaqların yanaqları

suyun üzündəki tər parlayırdı

əsdikcə külək.

Xırda çiçəkli donumu külək uçurmasın deyə əllərimə yığıb

aşağı kəndə düşürdüm.

Uşaqlar tapança-tapança oynayırdılar. 

Qadınlar bişirirdilər,

bişirirdilər, 

bişirirdilər.

Havadan yaşamaq qoxusu gəlirdi.

Yaşayırdıq.

Yaşayırdıq.

Yaşayırdıq...


Aysel Novruz

Güzgüyə baxdı qadın

Sən elə bilirdin zaman hər şeyin əlacıdır

Sən elə bilirdin zaman hər şeyin əlacıdır

 Sobadan yeni çıxmış
isti çörəyin üstünü örtdü qadın
sonra üzünü əlləriylə

işığı qaranlıqla örtdü
Əvvəl sükut dondu otaqda
mətbəxin ortasında
qadın dondu ayaq üstə
küçədəki adamların taleləri dondu
ev tək qaldı
donunca qadın

buz kimi əridi zaman-
görə bilmədilər…

…gözündəki yaşı
üzündəki qırışları
səhmana saldı
yastığının ağlayan hamarlığını

 Sobadan yeni çıxmış
isti çörəyin üstünü örtdü qadın
sonra üzünü əlləriylə

işığı qaranlıqla örtdü
Əvvəl sükut dondu otaqda
mətbəxin ortasında
qadın dondu ayaq üstə
küçədəki adamların taleləri dondu
ev tək qaldı
donunca qadın

buz kimi əridi zaman-
görə bilmədilər…

…gözündəki yaşı
üzündəki qırışları
səhmana saldı
yastığının ağlayan hamarlığını
saçlarıyla kiritdi
əllərini çarpayıya geniş açdı
bir dünyalıq kişi qucaqladı
ürəyində

rəfdəki paltarların səliqəsinə
xatirə rəngindəki
sevgisinə
göz gəzdirdi uzun-uzadı…

Güzgüyə baxdı
anidən
bir qadın qocaltdı güzgü
saçları ağ
əlləri çoxdan əsməyə başlamış
bir qadın

üzgülər qocaltdı
o gündən qadınları…

əvvəl sükut dondu güzgüdə
sonra qadın dondu
güzgüdəki qadın qarşısında…

…buz kimi əridi zaman
küçədən keçən adamların
taleləri yenə yeriməyə başladı
görə bilmədilər…


Aysel Novruz / 2017

Sən elə bilirdin zaman hər şeyin əlacıdır

Sən elə bilirdin zaman hər şeyin əlacıdır

Sən elə bilirdin zaman hər şeyin əlacıdır

Sən elə bilirdin zaman hər şeyin əlacıdır
Alça ağacı kimi hər bahar gələndə
çiçəkləyir arzular.
sən elə bilirdin gedir, sağalır və izi də qalmır.
Cızıq-cızıq olur adamlar hər ayrlılqdan sonra... Sən elə bilirdin möhtəşəmdir dik durmaq,
qürur,
qamət...
və sən
hələ də mutluluğun bu olduğuna inanaraq yaşayırsan.

zamanın keçir,
əlacın bitir, g

Sən elə bilirdin zaman hər şeyin əlacıdır
Alça ağacı kimi hər bahar gələndə
çiçəkləyir arzular.
sən elə bilirdin gedir, sağalır və izi də qalmır.
Cızıq-cızıq olur adamlar hər ayrlılqdan sonra... Sən elə bilirdin möhtəşəmdir dik durmaq,
qürur,
qamət...
və sən
hələ də mutluluğun bu olduğuna inanaraq yaşayırsan.

zamanın keçir,
əlacın bitir, gülüm...

Hər gedən adam
özüylə bir az səndən götürür
ölürsən yavaş-yavaş

Məndən getdiyini soruşma,
"qal" deyə bilmədiyimi də bilirsən sən.

İndi isə gülümsə və get,
Səni sevirəm...

Aysel Novruz

Bir də heç kimi sevmək istəmirəm

Qalanını Allah tamamlayacaq əlbət

Qalanını Allah tamamlayacaq əlbət

Səhər quşlarının səsi
Otağa süzülən günəş
və pəncərədə donmuş qadın.
Əvvəl tövbə edib
sonra günah işləyən insan kimi
Namazı ürəyində qılanlar kimi
sevgidən qaçan ürəklər kimi
bu gün təkəm.
Və mən həmişə
tək olmaq istəyəcəm.

Hə,
bilirəm,
səninlə hər şey başqa cür olacaqdı
istəsəydik
lap mutluluq da olacaqdı
Bilirəm bunları.
Amma gəlmə.

Mən b

Səhər quşlarının səsi
Otağa süzülən günəş
və pəncərədə donmuş qadın.
Əvvəl tövbə edib
sonra günah işləyən insan kimi
Namazı ürəyində qılanlar kimi
sevgidən qaçan ürəklər kimi
bu gün təkəm.
Və mən həmişə
tək olmaq istəyəcəm.

Hə,
bilirəm,
səninlə hər şey başqa cür olacaqdı
istəsəydik
lap mutluluq da olacaqdı
Bilirəm bunları.
Amma gəlmə.

Mən bir də heç vaxt
Bir də heç kimi
sevmək istəmirəm...

Aysel Novruz

Qalanını Allah tamamlayacaq əlbət

Qalanını Allah tamamlayacaq əlbət

Qalanını Allah tamamlayacaq əlbət

Mənim bir oğlum var
sənin bir sevgilin
Mən yalnız bir qadınam
sən ana ola bilmirsən
Mən də bəzən üzünə dururam Allahın
bilirəm, sənin də gecələr ağlayaraq dua etdiyin olub
Mən pəncərənin pərdəsindən xəlvətcə sevginizə baxıram
hiss etmişəm, oğlum cörək alıb qayıdanda
arxasınca köks ötürüb az baxmamısan sən də
Biz ikimiz də qadınıq
saat 11

Mənim bir oğlum var
sənin bir sevgilin
Mən yalnız bir qadınam
sən ana ola bilmirsən
Mən də bəzən üzünə dururam Allahın
bilirəm, sənin də gecələr ağlayaraq dua etdiyin olub
Mən pəncərənin pərdəsindən xəlvətcə sevginizə baxıram
hiss etmişəm, oğlum cörək alıb qayıdanda
arxasınca köks ötürüb az baxmamısan sən də
Biz ikimiz də qadınıq
saat 11
ikimiz de qazan asmışıq
xəyallarımızı aşıb aş bişiririk sevə - sevə
bir kişi üçün
sən də
mən də
Sən bir cür tənhasan,
mən başqa cür
Ikimizdə də bir adam əskik
mən qadin ola bilmirəm,
sən ana

nə bilim,
gülməli də deyil.
ağlamalı da.
yarımçıq adamlar məskənidir buralar
bəxtindən,
bətnindən,
qəlbindən yarımçıq adamlar...
qadın isə
bütün yarımçıqların tərənnümüdür.
Qalanını Allah tamamlayacaq əlbət...

Getmək istəyirsən, get...

Qalanını Allah tamamlayacaq əlbət

Getmək istəyirsən, get...

Sərhəd xətləri
gücünü göstərir ölkələrin
və nə qədər böyük olur olsun
hər torpağın xəttə toxunduğu
adamların toxuna bilmədiyi sərhədi var.
Hər sevən qadında olduğu kimi...

Sevgim böyüdükcə
ürəyim böyüyür
sərhədlərim uzaqlaşır özümdən
hörmətim artır özümə
sevdikcə səni.
və bu sərhədləri
sən belə tapdalaya bilməzsən, sevgilim!

Getmək istəyirsən, get...

Aysel Novruz

Yoruldum, ata.

Səni adam kimi sevmək olmur

Getmək istəyirsən, get...

Yoruldum, ata.
Bitdim.
Qollarım yorulub,
ayaqlarım qalxmaq istəmir
İş bitir
və mən kresloda donub
ağa boyanmış divara baxıram.
Evə heç nə tələsdirmir.
Qalmaq üçün səbəbim yox
Yaşamağa bəhanə edirəm hər gün.

Yoruldum...
Yalanların dünyasında
küncə qoyulmaqdan yoruldum
Cəzanı günahkarlar kəsir
hiyləgər görünən məsumluğumdan
qurda yedirən qoy

Yoruldum, ata.
Bitdim.
Qollarım yorulub,
ayaqlarım qalxmaq istəmir
İş bitir
və mən kresloda donub
ağa boyanmış divara baxıram.
Evə heç nə tələsdirmir.
Qalmaq üçün səbəbim yox
Yaşamağa bəhanə edirəm hər gün.

Yoruldum...
Yalanların dünyasında
küncə qoyulmaqdan yoruldum
Cəzanı günahkarlar kəsir
hiyləgər görünən məsumluğumdan
qurda yedirən qoyunluğumdan yoruldum
Mən "mən" olmaqdan usandım, Ata.

İnsanlar yalanlara
daha həvəsli inanırlar
insanları həqiqət çaşdırır
yalanlar tumarlayır...

hara getməli?
kimlə getməli?
hələ nə qədər getməli?..

yoruldum...

Qadın kimi yox,
ana kimi yox,
vətəndaşıma daş düşsün,
adam kimi yalvarıram Allaha.
O məndən daha səbrli...

Bu üsyan deyil,
üsyana dil gərək,
qüvvət gərək,
addım gərək...

Geriyə qaytar məni, atam.
Mənim olma,
başqasını yor,
başqasına ağla,
Hamı başqasının oldu
Sən də get
başqasına ata ol,
ömrümdə durma,
Ata...


Aysel Novruz

Səni adam kimi sevmək olmur

Səni adam kimi sevmək olmur

Elə edəcəklər ki, sən özünü daima günahkar hiss edəcəksən.
Elə edəcəklər ki, həmişə yarımçıqsan, həmişə nəyinsə çatmır deyə düşünəcəksən.
Onlar elə edəcəklər ki, daha artığı varındı, sən bu nemətləri yetərincə hak etmirsən, fikirləşəcəksən.
Əziləcəksən.
İşləyəndə.
Evlənəndə.
Boşananda.
Ana olanda o qədər tərifləyəcəklər ki, qadın olmağı h

Elə edəcəklər ki, sən özünü daima günahkar hiss edəcəksən.
Elə edəcəklər ki, həmişə yarımçıqsan, həmişə nəyinsə çatmır deyə düşünəcəksən.
Onlar elə edəcəklər ki, daha artığı varındı, sən bu nemətləri yetərincə hak etmirsən, fikirləşəcəksən.
Əziləcəksən.
İşləyəndə.
Evlənəndə.
Boşananda.
Ana olanda o qədər tərifləyəcəklər ki, qadın olmağı haram edəcəklər. İnsan olmağı günah sandıracaqlar.
Sevəcəksən...
Peşman edəcəklər. Ən başda da sevdiyin etməz mi?..
Kütləyə qoşulmadın deyə qınanacaqsan.
Kütlə olmadığınçün ağır gələcəksən hamıya.
Başını dik tut.
Əzik bir qadından şərəfli bir şəxsiyyət olmayacaq.
"Hə" demədən öncə "yox" deməyi, gəlmədən öncə getməyi, itaət etmədən qabaq üsyan etməyi bacar. Səni əzməsinlər deyə, sevgin səni yox etməsin deyə vaz keçməyi bacar.
Bacar ki, azadlığın 8 Marta qalmasın.


Aysel Novruz

Səni adam kimi sevmək olmur

Səni adam kimi sevmək olmur

Səni adam kimi sevmək olmur

Həvəslənib çay süzsəm
soyudarsan.
Bir yola çıxsaq
yolda qoyarsan adamı.
Sevmək istəsəm?
Səni adam kimi sevmək olmur.
Adamlığına inanaram bəzən
içindən bir eşşək çıxar.
Nə sağını bilirsən, nə solunu.
Sən elə bir gündəsən ki
gün qurutmur,
külək soyutmur.
Bu yazdığım şeir deyil
Sənə heç şeir də yazmaq olmur.

Sən ki adam deyilsən,
mənim öküz sevgilim...

Copyright © 2022 www.ayselnovruz.com - All Rights Reserved.

GoDaddy Web Sitesi Mimarı İmzalı

Duyuru

Hoş Geldiniz! Yeni duyuruma göz atın.

Daha fazla bilgi edinin